
Vergi ödəyicilərini ən çox maraqlandıran məsələlərdən biri də vergi orqanının hansı dövr üçün vergi hesablaya və yoxlama apara bilməsidir. Bu məsələ Vergi Məcəlləsinin 85.4-cü maddəsi ilə tənzimlənir.
Qanunvericiliyə əsasən, vergi orqanı vergi ödəyicisinə hesabat dövrü başa çatdıqdan sonra 3 il ərzində vergilər hesablaya və vergi yoxlaması həyata keçirə bilər. 3 illik müddət vergi bəyannaməsinin təqdim edilməsi üçün müəyyən edilmiş son tarixdən başlayaraq hesablanır.
Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən:
• 3 illik müddət hesabat dövrünün deyil,
bəyannamənin təqdim edilməsi üçün son tarixdən hesablanır;
• Bu müddət ərzində həm vergi orqanının, həm də vergi ödəyicisinin hüquq və öhdəlikləri mövcuddur;
• Müddət bitdikdən sonra isə həmin dövr üzrə heç bir dəyişiklik və müdaxilə mümkün deyil.

Keyfiyyətli kontent müştəri ilə etibarlı əlaqə qurmağa kömək edir. Faydalı məqalələr, bloqlar və sosial media paylaşımları brendin ekspert mövqeyini gücləndirir. Kontent marketinq uzunmüddətli perspektivdə daha az xərclə stabil nəticələr yaradır.o

Brendinq yalnız loqo və rənglərdən ibarət deyil. Bu, müştərinin şirkətiniz haqqında formalaşdırdığı ümumi təsəvvürdür. Güclü brend etibar yaradır, müştəri sədaqətini artırır və bazarda fərqlənməyə kömək edir. Düzgün brend mövqeləndirməsi uzunmüddətli uğurun əsas faktorlarından biridir.

Əmək haqqı nədir? Müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Yəni, əmək haqqı əmək müqaviləsi üzrə təyin edilmiş məbləğ üzərindən hesablanma aparılaraq işçinin işlədiyi günlərə görə qazandığı məvacibdir. (Maddə 154.1) Orta əmək haqqı nədir? Əmək Məcəlləsinin 179-cu maddəsində göstərilmiş hallarda işçi işdə olmadıqda onun iş yeri və vəzifəsi saxlanmalı və ona orta əmək haqqı ödənilməlidir. Yəni, orta əmək haqqı son bir neçə ayın əmək haqqısının və iş günlərinin üzərindən hesablanma aparılmaqla əldə olunan məbləğdir. Orta aylıq əmək haqqı nədir? Orta aylıq əmək haqqı əmək məzuniyyəti dövrü üçün, həmçinin təzminat ödənişi tələb edilən xitamlarda son 12 ayın ortalama əmək haqqının məbləğidir. Əgər işçi 12 aydan az işləyibsə işlədiyi tam təqvim aylarının əmək haqqısının ortalama məbləği götürülür.
Müvəffəqiyyət və böyümə həyata keçirən inteqrasiya edilmiş biznes həlləri təqdim edirik.