
Dövlət satınalmalarının əsas prinsipləri: 2. Şəffaflıq, aşkarlıq, ədalətlilik və rəqabətlilik prinsipi
Bu prinsip bir neçə vacib elementi əhatə edir:
Şəffaflıq:
Satınalma prosesi açıq şəkildə aparılmalı, şərtlər, meyarlar və nəticələr gizli saxlanılmamalıdır.
Aşkarlıq:
Elanlar, tender sənədləri və nəticələr hamı üçün əlçatan olmalıdır.
Ədalətlilik:
Heç bir iştirakçıya üstünlük verilməməli, bütün təkliflər eyni qaydada və obyektiv şəkildə qiymətləndirilməlidir.
Rəqabətlilik:
Mümkün qədər çox təchizatçının iştirakına şərait yaradılmalıdır ki, bu da:
qiymətlərin aşağı düşməsinə,
keyfiyyətin yüksəlməsinə səbəb olsun.
Məqsəd: Korrupsiyanın qarşısını almaq və sağlam rəqabət mühiti yaratmaq. “Şəffaflıq. Rəqabət. Etibar.”
Dövlət satınalmalarında sizin tərəfdaşınız olaq!

Keyfiyyətli kontent müştəri ilə etibarlı əlaqə qurmağa kömək edir. Faydalı məqalələr, bloqlar və sosial media paylaşımları brendin ekspert mövqeyini gücləndirir. Kontent marketinq uzunmüddətli perspektivdə daha az xərclə stabil nəticələr yaradır.o

Müasir marketinqin mərkəzində müştəri dayanır. Müştəri yönümlü marketinq onların ehtiyaclarını, davranışlarını və gözləntilərini anlamağa əsaslanır. Bu yanaşma satışdan daha çox dəyər yaratmağa fokuslanır. Nəticədə həm müştəri məmnuniyyəti artır, həm də biznes daha dayanıqlı olur.

Əmək haqqı nədir? Müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Yəni, əmək haqqı əmək müqaviləsi üzrə təyin edilmiş məbləğ üzərindən hesablanma aparılaraq işçinin işlədiyi günlərə görə qazandığı məvacibdir. (Maddə 154.1) Orta əmək haqqı nədir? Əmək Məcəlləsinin 179-cu maddəsində göstərilmiş hallarda işçi işdə olmadıqda onun iş yeri və vəzifəsi saxlanmalı və ona orta əmək haqqı ödənilməlidir. Yəni, orta əmək haqqı son bir neçə ayın əmək haqqısının və iş günlərinin üzərindən hesablanma aparılmaqla əldə olunan məbləğdir. Orta aylıq əmək haqqı nədir? Orta aylıq əmək haqqı əmək məzuniyyəti dövrü üçün, həmçinin təzminat ödənişi tələb edilən xitamlarda son 12 ayın ortalama əmək haqqının məbləğidir. Əgər işçi 12 aydan az işləyibsə işlədiyi tam təqvim aylarının əmək haqqısının ortalama məbləği götürülür.
Müvəffəqiyyət və böyümə həyata keçirən inteqrasiya edilmiş biznes həlləri təqdim edirik.