Bloqlara geri qayıt

Riskli əməliyyat nədir?

E-partners

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”na əsasən, riskli əməliyyat aşağıdakı hallarda baş verir:

  1. Vergi ödəyicisi idxal etdiyi və ya aldığı mal çeşidindən fərqli mal satır.
    o Məsələn, müəssisə xaricdən məişət texnikası idxal edib, lakin satdığı mallar ayaqqabıdır.
  2. Vergi ödəyicisi əmtəəsiz əməliyyatlar aparır.
    o Bu əməliyyatlar vergi nəzarət tədbirləri zamanı aşkar edilir və riskli hesab olunur.
    Riskli əməliyyatlar həm dövlət üçün vergi nəzarətini gücləndirir, həm də vergi ödəyicilərini əməliyyatlarını şəffaf və əsaslı şəkildə aparmağa ok test

Digər bloqlar

Blog image

Düzgün hədəf auditoriyanın müəyyən edilməsi

Effektiv marketinqin əsas addımlarından biri hədəf auditoriyanı düzgün müəyyən etməkdir. Auditoriyanı tanımadan aparılan kampaniyalar həm vaxt, həm də büdcə itkisinə səbəb olur. Müştərinin yaşı, davranışı və ehtiyacları nəzərə alındıqda marketinq mesajları daha təsirli olur.

Blog image

Əmək haqqı, orta əmək haqqı və orta aylıq əmək haqqı anlayışı

Əmək haqqı nədir? Müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Yəni, əmək haqqı əmək müqaviləsi üzrə təyin edilmiş məbləğ üzərindən hesablanma aparılaraq işçinin işlədiyi günlərə görə qazandığı məvacibdir. (Maddə 154.1) Orta əmək haqqı nədir? Əmək Məcəlləsinin 179-cu maddəsində göstərilmiş hallarda işçi işdə olmadıqda onun iş yeri və vəzifəsi saxlanmalı və ona orta əmək haqqı ödənilməlidir. Yəni, orta əmək haqqı son bir neçə ayın əmək haqqısının və iş günlərinin üzərindən hesablanma aparılmaqla əldə olunan məbləğdir. Orta aylıq əmək haqqı nədir? Orta aylıq əmək haqqı əmək məzuniyyəti dövrü üçün, həmçinin təzminat ödənişi tələb edilən xitamlarda son 12 ayın ortalama əmək haqqının məbləğidir. Əgər işçi 12 aydan az işləyibsə işlədiyi tam təqvim aylarının əmək haqqısının ortalama məbləği götürülür.

Blog image

Marketinq strategiyası niyə vacibdir?

Uğurlu biznes təsadüf nəticəsində yaranmır. Düzgün marketinq strategiyası şirkətə hədəf auditoriyanı tanımaq, resursları effektiv istifadə etmək və satışları artırmaq imkanı verir. Strategiyasız marketinq xərcləri nəticə vermir və brendin mövqeyini zəiflədir. Peşəkar yanaşma ilə qurulan marketinq strategiyası biznesin davamlı inkişafının əsasını təşkil edir.

E-Partners

Müvəffəqiyyət və böyümə həyata keçirən inteqrasiya edilmiş biznes həlləri təqdim edirik.

Əlaqə

+994 10 526 66 96
Çinar Park BM, Bina 2, Ziya Bünyadov, 1965 Mərtəbə 3, Baku 1075
© Bütün hüquqlar qorunur.
Designed and developed by Crocusoft