
Satınalmalarda ehtimal olunan qiymət: əsas qaydalar və tətbiq mexanizmi. Peşəkar qiymətləndiricilərin cəlb edilməsi (Maddə 19.2)
Satınalan təşkilat ehtimal olunan qiyməti müəyyən etmək məqsədilə “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq peşəkar qiymətləndiricilər cəlb edə bilər.
Bu yanaşma xüsusilə:
mürəkkəb texniki layihələrdə,
iri məbləğli satınalmalarda,
bazar qiymətlərinin dəyişkən olduğu hallarda
obyektivliyin təmin edilməsinə xidmət edir.

Əmək haqqı nədir? Müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Yəni, əmək haqqı əmək müqaviləsi üzrə təyin edilmiş məbləğ üzərindən hesablanma aparılaraq işçinin işlədiyi günlərə görə qazandığı məvacibdir. (Maddə 154.1) Orta əmək haqqı nədir? Əmək Məcəlləsinin 179-cu maddəsində göstərilmiş hallarda işçi işdə olmadıqda onun iş yeri və vəzifəsi saxlanmalı və ona orta əmək haqqı ödənilməlidir. Yəni, orta əmək haqqı son bir neçə ayın əmək haqqısının və iş günlərinin üzərindən hesablanma aparılmaqla əldə olunan məbləğdir. Orta aylıq əmək haqqı nədir? Orta aylıq əmək haqqı əmək məzuniyyəti dövrü üçün, həmçinin təzminat ödənişi tələb edilən xitamlarda son 12 ayın ortalama əmək haqqının məbləğidir. Əgər işçi 12 aydan az işləyibsə işlədiyi tam təqvim aylarının əmək haqqısının ortalama məbləği götürülür.

Effektiv marketinqin əsas addımlarından biri hədəf auditoriyanı düzgün müəyyən etməkdir. Auditoriyanı tanımadan aparılan kampaniyalar həm vaxt, həm də büdcə itkisinə səbəb olur. Müştərinin yaşı, davranışı və ehtiyacları nəzərə alındıqda marketinq mesajları daha təsirli olur.

Uğurlu biznes təsadüf nəticəsində yaranmır. Düzgün marketinq strategiyası şirkətə hədəf auditoriyanı tanımaq, resursları effektiv istifadə etmək və satışları artırmaq imkanı verir. Strategiyasız marketinq xərcləri nəticə vermir və brendin mövqeyini zəiflədir. Peşəkar yanaşma ilə qurulan marketinq strategiyası biznesin davamlı inkişafının əsasını təşkil edir.
Müvəffəqiyyət və böyümə həyata keçirən inteqrasiya edilmiş biznes həlləri təqdim edirik.